“Emənistanın Dağlaq Qarabağ münaqişəsi həllində mövqesi qeyri-ciddidir” - XİN

img

17-09-2018 [15:07]


"Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir və bu bir daha göstərir ki, Emənistanın Dağlaq Qarabağ münaqişəsinin həlli prosesində mövqesi qeyri-ciddidir, ziddiyyətli xarakter daşıyır".

Mia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın üç əsgərinin öldürülməsi barədə dediklərini Report-a şərh edərkən Azərbaycan XİN-nin Mətbuat Xidmətindən bildiriblər.

"Bizim Müdafiə Nazirliyimiz də artıq bu dezinformasiyanı təkzib edib. Ermənistan bununla vəziyyətin gərginləşməsinə və danışıq prosesinin pozulmasına cəhd göstərir. ATƏT-in Minsk Qrpunun həmsədrlər ölkələri də bunu nəzərər almalıdırlar ki, Ermənistanın bu cür siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA