ATƏT PA-nın prezidenti: "Assambleya Minsk qrupu və onun həmsədrlərinin işinə sadiq qalır"

img

13-09-2018 [12:51]


ATƏT-in Parlament Assambleyası (PA) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu və onun həmsədrlərinin işinə sadiq qalır.

Bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tsereteli Ermənistana səfəri zamanı bildirib.

ATƏT PA-nın prezidenti həmçinin qeyd edib ki, konkret nəticələrin və irəliləyişlərin əldə olunmasında əsas məsuliyyət tərəflərin siyasi rəhbərliyinin üzərinə düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA