?Səs? qəzeti məhkəməyə verilib; Xədicə ismayıl qəzetdən təkzib və təzminat tələb edir

img

18-05-2013 [06:53]


?Azadlıq? radiosunun əməkdaşı Xədicə İsmayıl hakim Yeni Azərbaycan Partiyasına yaxın olan ?Səs? qəzetini məhkəməyə verib. Bu barədə mia.az-a daxil olan məlumata görə, jurnalist X.İsmayılın qəzetə qarşı iddiasına Səbail Rayon Məhkəməsində baxılıb. Lakin jurnalistin sözügedən qəzetdə barəsində dərc olunan materialın təkzib edilməsi, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməyib. Ona görə də o, rayon məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verib: ?Hazırda Xədicə İsmayılın şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılır?. Məlumata görə, hakim C.Səfiyeva iş üzrə mayın 23-nə iclas saatı təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR