Elmar Məmmədyarov erməni həmkarı ilə görüzüb

img

17-05-2013 [06:56]


Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib. Nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Həmsədrlər və nazirlər sülh prosesini irəli aparmağın mümkün yollarını müzakirə ediblər. Elmar Məmmədyarov və Edvard Nalbandyan həmçinin mövcud durumu dəyərləndirib və regionda sülhün bərqərar olması işinə bağlılıqlarını bir daha təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA