Qarabağ münaqizəsi ilə bağlı bəyanat qəbul edilib

img

07-05-2013 [04:35]


246;vlətçilik Naminə Hərəkat Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda Dağlıq Qarabağ probleminin yaranma səbəblərinə toxunulub və ümumilikdə münaqişə ilə bağlı hazırkı vəziyyət və onun doğurduğu nəticələr haqda fikirlər yer alıb. MİA xəbər verir ki, Bu gün MDNH Dağlıq Qarabağ ilə bağlı qəbul etdiyi bəyanatın müzakirəsində beynəlxalq təçkilatların fəaliyyətinə də geniş şəkildə toxunulub. Beynəlxalq təşkilatların, xüsusən də BMT və ATƏT-in münaqişədə Ermənistanı tərəf kimi qəbul etmədiyi kəskin tənqid edilib. Bəyanatı səsləndirən təşkilat üzvü Gülnar Əhməd qeyd edib ki, Dağlıq Qarabağla bağlı Azərbaycan artıq yanaşmanı dəyişməlidir :"Münaqişənin xarakteri dəyişdirilməlidir. O, heç ikitərəfli münaqişə də deyil". MDNH-sədri Tariyel Faziloğlu isə bildirib ki, Azərbaycan Qarabağ məsələsində bütün beynəlxalq təşkilatların , dövlətlərin vasitəçiliyndən imtina etməlidir : "Bu daxili məsələdir. Ölkəmiz tezliklə, öz daxilində hərbi əməliyyatların keçirilməsinə hazırlaşmalıdır". Təşkilat üzvü Oktay Hacımusalı isə qeyd edib ki, Azərbaycanda strateji əhəmiyyətli antiteror proqramı hazırlanmalıdır : "Bu proqram ona imkan verəcəkdir ki, ölkə öz daxilində-Dağlıq Qarabağda ermənilərin yaatdığı qondarma terrorçu DQR-in fəaliyyətinə son qoysun".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA