Hafiz Hacıyev televiziyalardan efir vaxtı istəyir

img

16-05-2013 [03:42]


Muasir Musavat Partiyasnın sədri Hafiz Hacıyev İctimai televiziyanın rəhbərliyinə müraciət edib. Azərbaycanda Prezident seçkisinin vaxtı azaldıqca siyası arenada vəziyyət gərginləşir. Son günlər Mili Şuranın yaradılması,AXCP-nin xarici teleməkanından yayımlanan ?Azərbaycan saatı?,Musavat partiyasının yeni təsis edəcəyi və türkiyənin tanınmış telekanalı olan ?Media TV? də yayımlanmağa başlayacaq verilişlərdə Azərbaycan reallıqlarını əks etdirməyən reportajlar və çıxışlar təşkil etməsi Muasir Musavat Partiyasını sədri Hafiz Hacıyevi qəzəbləndirib.Bu arqumentlərə cavab verəcək yeganə münasıb vasitə televiziyaların olduğunu bəyan edən partiya sədri kanal rəhbərlərinə müraciət etməyə məcbur olub. Hafiz Haciyev ?heç bir siyasi perespektivi olmayan bir qurup siyasibazların prezident seçkisinə az bir zaman qaldığı ərafədə müxtəlif ideyalarla ortaya atılmasını siyasi təxribat hesab edirəm.Cəmiyyətdə yanlış fikir formalaşdırmağa çalışan bəzi siyasi qüvvələrin,o cümlədən hakimiyyət daxilində olan bəzi və vüxalifətə separat danışıqlara gedən,müxalif qüvvələrə dəstək verən bəzi məmurların iç üzünü cəmiyyətə açıb göstərmək üçün İctimai Televiziyanın rəhbərliyinə müraciət edirəm ki,mənə şərait yaradıb,efir vaxtı versinlər xalqa həqiqətləri çatdıra bilim?deyib. Beləliklə Müasir Müsavat Partiyasının Televiziyada efir vaxtının verilməsi üçün müraciəti İTV rəhbərliyinə göndərilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA