Qardazı Elçibəyin ailəsindən narazılıq etdi

img

08-05-2013 [01:47]


Mərhum eks-prezident Əbülfəz Elçibəyin ailə üzvləri ilə qardaşı Almurad Əliyev arasında soyuqluq yaranıb. Mətbuata verdikləri açıqlamalarında bir-birlərini təkzib edən qohumların münasibətlərinə A.Əliyev aydınlıq gətirib. Moden.az-a açıqlamasında A.Əliyev qardaşının ailəsindən gileylənib. O qardaşının ailə üzvlərinin Əliyevlər nəslinin ağsaqqalı kimi onunla məsləhətləşmələr aparmadığını deyib. A.Əliyev Əbülfəz Elçibəydən yadigar qalan sənədlərin Arxiv Fonduna verilməsi ilə bağlı məsələdən xəbərsiz olduğunu deyib: ?Mən artıq bu gündən bu işlərə qarışmıram. Özləri bilərlər. Nə deyirlər desinlər. Elçbiyəin sənədlərinə gəlincə, bu barədə sizdən eşidirəm. Mənimlə heç kim bu barədə məsləhətləşməyib. Nəslin ağsaqqalı olaraq mənə bu haqda heç nə deməyiblər?-deyə bildirib. A.Əliyev çoxdandır qardaşının ailə üzvləri ilə görüşmədiyini vurğulayıb. ?Çoxdandır getmirəm ora. Ancaq lazım olanda telefonla danışırıq?. Mərhum prezidentin qardaşı daha sonra Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi iddiası ilə bağlı açılan cinayət işində hər hansı yeniliyin olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA