ilqar Məmmədov daha 3 ay həbsdə qalacaq

img

15-05-2013 [04:57]


Xəbər verdiyimiz kimi, bu gün Nəsimi rayon Məhkəməsində REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı proses keçirilib. Bu barədə AZNEWS.AZ-a İ.Məmmədovun vəkili Xalid Bağırov məlumat verib. O bildirib ki, məhkəmə istintaq orqanın İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi vəsatətə baxıb və vəsatəti təmin edib. Məhkəmə İ. Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Xatırladaq ki, İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi işğtişaş) ilə cinayət işi açılıb. Maddəyə görə, onu 4 ildən 12 ilədək həbs gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA