MMP qurultay keçirməyə qərar verdi

img

14-05-2013 [02:43]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və Rayon Təşkilat sədrlərinin və seçki qərargahında təmsil olunan şəxslərin iştirakı ilə birgə toplantısı keçirilib. Toplantıda ilk öncə dünyada və ölkədə baş verən hadisələr müzakirə edilib. Daha sonra gündəlikdə duran əas məsələ,partiyanın Azərbaycada keçiriləcək prezident seçkisində iştirakı və bununla əlaqədar həyata keçiriləcək məsələlər müzakirə olunub. Partiyanın namizədi nizamnaməyə uyğun,qurultay tərəfindən təsdiq edilməlidir.Ona görə İdarə Heyəti partiyanın qurulayını keçirməyə qərar qəbul edib.İdarə Heyətindən verilən məlumata görə yaxın zamanlarda partiyanın kollegial qurumu olan Siyasi Şura qurultayın vaxtı barədə qərar qəbul edəcək. Toplantıda qərar verilib ki,qurultayda nizamnamədən irəli gələn təşkilati məsələlər öz həllini tapacaq və seçkili qurumlar yenidən formalaşdırılacaq.Partiyanın strateji xəttində isə hər hansı bir dəyişiklik gözlənilmir.Partiyanın nizamnaməsi və proqramının təkmillşdirilmısi istiqamətində təklif olunan dəyişikliklər müzakirə edilib və dəyərləndirilərək qurultyın gündəliyinə salınmasına razılıq verilib. İdarə heyəti qərar verib ki,fəaliyyət göstərən təbliğat-təşviqat qruplarına Qəmbərov İsa , Kərimov Əli və digər xəyanətkar siyasətbazlarla bağlı xüsusi tapşırıqlar verilsin. Onların Azərbaycan xalqına zaman-zaman xəyanət etməsi,anti-milli əmələrinin xalq arasında yayılması təşkil edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA