Ilqar Altay: "Mənə vasitəçilik göstərizini heç kim, heç vaxt verə bilməz"

img

07-05-2013 [04:31]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay ?Hürriyyət? qəzetində ?Yeni Musavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu barəsindəki yazıda getmiş bəzi məqamlara aydınlıq gətirdi. Xatırladaq ki, sözügüdən qəzetin 03 may 2013 tarixli sayında ?Rauf Arifoğlunun ?çörək ağacı?? başlıqlı məqaləsində belə bir iddia yer alıb: ??siyasi partiya rəhbərlərindən biri redaksiyamıza zəng vuraraq, adının anonim qalması şərtilə bizə ?Yeni Müsavat?ın baş redaktoru barədə maraqlı informasiya verəcəyini bildirdi? 2003-cü ilin prezident seçkiləri zamanı bir sıra partiya liderləri ilə yanaşı Rauf Arifoğlunun da həbs olunması planlı bir hadisə olub. Həmin vaxt R.Arifoğlu hüquqşünas İlqar Altayın vasitəsilə içəridəki məlumatları Ramil Usubova çatdırırmış. Hətta, bir gün İ.Altayın baş redaktora yazdığı bir məktub ələ keçib. İlqar Altay məktubda onun göstərişi ilə gedib Ramil Usubovla görüşdüyünü və təkliflərini DİN rəhbərinə çatdırdığını qeyd edibmiş. Daha sonra aydın olub ki, R.Arifoğlu ilə R.Usubovun ?işbirliyi?nin əsas məqsədi seçkilər zamanı baş verən iğtişaşların məsuliyyətini ADP sədrinin üzərinə yıxmaq olub. Ancaq məktub ələ keçdiyindən həmin planın qarşısı vaxtında alınıb və R.Arifoğlunun niyyəti baş tutmayıb?? İlqar Altay bununla bağlı açıqlamasında bunları bildirdi: ?Əvvəla, mənim S. Cəlaloğlu və R. Arifoğlu bəylərin hər ikisinə hörmətim var. Hər ikisinin ölkə ictimasi-siyasi həyatında öz xüsusi yeri, dəsti-xətti var. Bu səbəbdən, bu iki şəxs arasındakı məsələyə müdaxilə etmək istəməzdim?. Daxili İşlər Naziri Ramil Usubovla R.Arifoğlu arasında əlaqə yaratmaq məsələsinə İ. Altayin cavabı belə oldu: ?Onu deyə bilərəm ki, Ramil Usubov təbiətən cəmiyyət üçün ən cox açıq olan, ünsiyyətə girə bilən hüquq-mühafizə strukturu rəhbəridir. Müşahidəmizə görə, onunla ictimai-siyasi xadimlər və baş redaktorların görüşü hər zaman problemsiz mümkün olub. İstər onlar azadlıqda olsun, istərsə də, həbsxanada. Ona görə də, Rauf bəyin və eləcə də Sərdar bəyin nazir Ramil Usubovla görüşüb, öz fikirlərini bölüşməsində hər hansı vasitəçiyə ehtiyac olmayıb və yəqin ki, bu gün də yoxdur. Yəni, mənim bu arada vasitəçiliyim məsələsi həqiqətə uyğun deyil. Mənə orada yazılan vasitəçilik göstərişini heç kim, heç vaxt verə bilməz. Həbsdən nazirə məlumat çatdırılması variantı barədə kiriminalist-hüquqşünasın reaksiyası belə oldu: ?Demokratik, xoşməramlı siyasi müxalifətin hansı bir qanuna zidd, antiictimai planları ola bilər ki, bu barədə hüquq-mühafizə orqanlarına xüsusi bir məlumat çatdırılmalı olsun? Bu axı, mafiya deyil, terror təşkilatı deyil! Bu bir. Ikincisi, bu hakimiyyətin məlumat almaq üçün müasir texnoloji imkanları lap çoxdur. Burada oturub İranda, Almaniyada istədiklərini dinləyirlər. O ki qalsın Bakıda, həbsxana içərisindən. Görünür kimdirse, qəzetə zəng edib bu məntiqsiz variantları deyən partiya sədri elə, bu cür işlərlə məşğul olmaq dərəcəsində boş liderdir ?. Ilqar Altay 2003-cü ildəki iğtişaşların məsuliyyətinin S. Cəlaloğlunun üstünə yıxılması fikri ilə də razılaşmadı: ?Hec kəs S.Cəlaloğlunun iğtişaşlar ittihamı ilə yüklənib uzun illər həbsdə qalmasını istəməyib, istəməz. Hec, hakimiyyət özü də bu insafsızlığa getmədi, 12 illik cəza maddəsi olan ittihamın üzərində dayanmadı. Onu, digərlərini tez azad etdi. Məhkəmədə Sərdar bəyə və digər müxalifət liderlərinə necə kömək etdiyimi özləri yaxşı bilirlər. Buna görə sonradan nələr çəkdim, onu isə Allah özü bilir. Yəni, əks halda, Qaçaq Nəbi, Səməd Vurgun kimi xadimlərə iradını bildirməkdən çəkinməyən, ölkə üzrə sözünü deyə bilən tək-tək insanlardan olan S.Cəlaloğlu bu 10 ildə iradını mənə coxdan bildirərdi. Ümumiyyətlə, bu iki şəxs arasında qalmaqal məncə süni və müvəqqəti ola bilər. Çünki, həbsxana həyatı onları bir-birinə çox tanıdıb və çox yaxınlaşdırıb. Elə, Rauf bəyin qəzetində də ən çox yer S.Cəlaloğluna ayrılır, gördüyümüz kimi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA