Qocaman YAP-çı dilə gəldi: ?Bezinci dərəcəli adamları təltif etdilər, mən isə...?

img

25-04-2013 [11:24]


#601;rbaycan? qəzetinin 20 illik yubiley tədbirinə 12 il bu qəzetə baş redaktorluq etmiş YAP Siyasi Şurasının üzvü Alqış Həsənoğlunun dəvət olunmaması ətrafında müzakirələr davam edir. A.Həsənoğlu ?Yeni Müsavat?a geniş müsahibəsində ?Bu addımı atanlar çox səviyyəsiz adamlardır, bu, tərbiyəsizlikdir, ədəbsizlikdir? deyə çox sərt reaksiya verib. Adıçəkilən qəzetin ilk baş redaktoru olmuş Xeyrəddin Qoca isə yubiley tədbirinə dəvət edilənlər arasında olub. Lakin X.Qoca ?Azadlıq?a açıqlamasında tədbirdə diqqətdən kənarda qalmasından şikayətlənib: ?Birinci soruşmalı idilər ki, bu uşağın atası kimdir. ?Yeni Azərbaycan"ı mən yaratmışam, 5 il baş redaktoru işləmişəm. Nizamnaməsini mən yazmışam. Ancaq məni nəzərə almadılar". X.Qoca hakimiyyətdən gileyini də bölüşüb: ?Buna qədər 50-60 illik yubileylərim oldu, amma dövlət tərəfindən təltif olunmadım. Mən ?91-lər"dən biriyəm, YAP-ı yaradanlardanam. İstanbulda baş konsul olmuşam. Heç təltifat gözləmirəm də. Ancaq beşinci dərəcəli adamları təltif etdilər, mən heç yada düşmədim". X.Qoca Alqış Həsənoğlunun yubiley tədbirinə dəvət olunmamasını da mənfi hal kimi qiymətləndirib: ?Alqışı mütləq dəvət etmək lazım idi. Çünki indikilərdən əvvəl biz qəzetə rəhbərlik etmişik. Onun dəvət olunmamasını və mənə məhəl qoyulmamasını böyük düşüncəsizlik sayıram. Ora gələnlərin hamısı mənə yaxınlaşıb bunu dedilər. Bu işi kim belə qurubsa, cəzalanmalıdır?. X.Qocanın fikrincə, dövlət başçısının bundan xəbəri olsaydı, belə vəziyyətin yaranmasına imkan verməzdi. ?Yeni Azərbaycan?ın baş redaktoru Hikmət Babaoğlu isə modern.az-a açıqlamasında A.Həsənoğlunun etirazlarına cavab verib. O bildirib ki, qəzetin 20 illiyi ?Yeni Azərbaycan?ın hazırkı kollektivi ilə keçirilib. Baş redaktorun sözlərinə görə, tədbirə kənardan heç kim çağırılmayıb: ?Biz ?Yeni Azərbaycan"ın 20 illiyini qəzetin hazırkı kollektivi ilə keçirdik. Kənardan əlavə heç kim çağırılmamışdı. Bu tədbir sırf kollektivimizin tədbiri idi. Tədbirə Yeni Azərbaycan Partiyasının funksionerləri və partiyadan seçilmiş millət vəkilləri qatılmışdı". Xeyrəddin Qoca isə ?Yeni Müsavat?a açıqlamasında bildirdi ki, artıq o, bu məsələ ilə bağlı mövqeyini bildirib və mövzuya nöqtə qoyub. Sabiq konsul onu da bildirdi ki, artıq 10 ildir ölkə qəzetlərinə müsahibə vermir: ?Yeri gələndə özüm müəllif yazıları yazıram. Qəzet məsələyə münasibət soruşdu, mən də qısaca mövqeyimi bildirdim. Ayrı bir sözüm yoxdur?. Alqış Həsənoğlu isə ?Yeni Müsavat?a açıqlamasında X.Qocanın onun haqqında dediklərini təqdir etdi: ?Təbii ki, başqa cür ola bilməzdi. Xeyrəddin müəllim mənə həmişə dəstək olub, dostumuzdur?. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA