Ramiz Həsənov QHT rəhbərini izdən niyə çıxarıb?

img

02-05-2013 [11:08]


ət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bu qurumda xidməti vəzifə tutan Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Kamran Ramazanlını işdən çıxarıb. Bu barədə ?Bizim Yol? qəzeti komitədəki etibarlı mənbəyə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Kamran Ramazanlının işdən qovulmasına əsas iki səbəb olub. Belə ki, ötən həftə Gürcüstanda səfərdə olan K.Ramazanlının Borçalıda ?Erməni Zaur? kimi tanınan, Azərbaycana gəlməsinə yasaq qoyulmuş, Ermənistanın QHT-ləri ilə yaxın əlaqələrə malik, Gürcüstan ermənilərinin lideri Arnold Stepanyanın yaxını, Soros Fondunun Gürcüstan Nümayəndəliyi İdarə Heyətinin üzvü Zaur Xəlilovla görüşməsi ona baha başa gəlib. Digər səbəb isə müxtəlif mötəbər məclislərdə, K.Ramazanlının Ramiz Həsənovu ?ağsaqqal? adlandıraraq, onun adından birbaşa danışması və müxtəlif göstərişlər verməsidir. Mənbə onu da deyib ki, K.Ramazalının SOCAR-Georgia Şirkətində işləyən qardaşı da operator vəzifəsindən kənarlaşdırılıb. Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün müraciət etdiyimiz Kamran Ramazanlı işdən çıxarıldığını nə təsdiq, nə də təkzib etdi: ?Bu barədə danışmaq istəmirəm. Ona görə ki, bu mənim şəxsi işimdir. Hər şeyin, hər bir açıqlamanın zamana ehtiyacı var. Zamanı gələndə hər şeyi açıqlayacağam və hər şey bilinər. İndi heç nə danışmıram. Haqqımda xəbər yayan media orqanlarına da heç bir iradım olmayacaq. Zaman gələr çox şey açılar, bilinər?. K.Ramazanlı hazırda nə işlə məşğul olduğu haqda da danışmadı: ?Bir-iki günə sizə fəaliyyətim, bizim QHT-nin fəaliyyəti ilə bağlı məlumat verərəm?. Qeyd edək ki, əslən Borçalıdan olan Kamran Ramazanlı Gürcüstanla sıx əlaqələrə malik şəxsdir. Ramiz Həsənov Azərbaycanın Gürcüstanda səfiri vəzifəsində işləyərkən onunla isti münasibətlər quran Kamran Ramazanlının Dövlət Standartlaşdırma, Meterologiya və Patent Komitəsinə gətirilməsində məhz bu münasibətlərin rol oynadığı deyilir. Məlumatlara görə, K.Ramazanlı Ramiz Həsənov və sözügedən komitənin fəaliyyəti barədə ciddi informasiyalara malikdir. Onun vaxtı gələndə hər şeyi danışacağını söyləməsinin xəbərdarlıq olduğu istisna deyil(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA