Azərbaycanda icazəsiz aksiyalara görə cəzalar sərtləzdirilir

img

01-05-2013 [03:35]


Azərbaycanda polisə tabe olmamağa görə cəzalar sərtləşdirilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə dəyişikliklər edilir. Layihədə 310.1. maddəyə edilən dəyişikliyə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə 15 günədək inzibati həbs 1 ay ilə əvəz olunur. 310.2. maddəsinə edilən dəyişikliyə görə isə hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə də nəzərdə tutulan 15 günədək müddətə inzibati həbs artırılaraq 1 ay müddətində tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA