Müdafiə Nazirliyi ?Yeni Müsavat?dan 200 min manat istəyir

img

01-05-2013 [01:13]


Müdafiə Nazirliyi ilə ?Yeni Müsavat? qəzetinin məhkəmə çəkişmələri davam edir. Mayın 7-də Xətai rayon məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə növbəti proses keçiriləcək. Bu barədə qəzetin hüquqşünası Vaqif Hüseyn bildirdi ki, nazirliyin ?Hərbi paradda ilginc olaylar? başlıqlı məqaləyə dair iddia ərizəsinə baxılacaq: ?İddiaçı tərəf qəzetdən 100 min manatdan tələb edir. Bundan əvvəlki prosesdə tərəflər çıxış edib və növbəti məhkəmədə də çıxışlar davam etdiriləcək?. V.Hüseyn qeyd etdi ki, mayın 15-də də Xətai məhkəməsində növbəti proses olacaq: ?Müdafiə Nazirliyi 6 işlə bağlı qəzeti məhkəməyə verib. Ayın 15-də hakim Raziyə Ataşovanın sədrliyi ilə ?Zabitlərin anonim məktubları? yazısına dair iddiaya baxılacaq. Nazirlik bu iddia ilə də bağlı qəzetdən 100 min manat təzminat tələb edir. Biz hesab edirik ki, iddialar və tələb olunan təzminat əsassızdır. ?Yeni Müsavat?la Müdafiə Nazirliyi arasında əldə olunmuş razılıq əsasında 6 məqalə ilə bağlı təkzib mətni dərc olunmuşdu. Amma nazirlik təkzib dərc olunandan sonra razılığı pozdu və məhkəmə işini davam etdirdi. Bizdə olan məlumata görə, razılığın pozulması qəzetdə əsgər ölümləri ilə bağlı yazıların geniş şəkildə işıqlandırılması olub?(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR