Arda Turan Ələkbər Məmmədovun əlindən öpdü

img

30-04-2013 [10:11]


da səfərdə olan Madridin ?Atletiko? klubunun üzvləri üçün ziyafət mərasimi təşkil olunub. Ziyafətdə ?Atletiko?nun üzvləri ilə yanaşı, Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycanın millət vəkilləri, klub rəhbərləri, Azərbaycan futbol veteranları və media nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycanın sənət adamlarının çıxışı, xüsusilə, müğənni Tünzalə Ağayevin ifası "Atletiko" komandasının üzvlərinin əksəriyyətinin böyük marağına səbəb olub. Tədbirdə Türkiyə milli komandasının ?Atletiko?lu hücumçusu Arda Turan Azərbaycan futbol veteranları İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Oqtay Abdullayev, Asim Xudiyev, Ələkbər Məmmədovla görüşüb. Ziyafətin ən diqqətçəkən məqamlarından biri isə Arda Turanın Azərbaycan futbolunun 82 yaşlı əfsanəsi Ələkbər Məmmədova yaxınlaşaraq onun əlindən öpməsi olub. Ələkbər Məmmədov isə yeni çapdan çıxan kitabını öz imzası ilə türk futbolçuya hədiyyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA