Ziya Məmmədovun qoçuları jurnalistləri döyüb, kameranı isə sındırıblar

img

27-04-2013 [03:37]


Aprelin 27-də Bakıda metronun ?20 Yanvar? stansiyasnın qarşısında Nəqliyyat Departamentinin müfəttişləri ?Azadlıq? qəzetinin əməkdaşı Xaliq Qarayevə fiziki zor işlədib, əlindəki videokameranı alaraq sındırıb, daha sonra özləri ilə aparıblar. Hadisə barədə azadliq.info-ya danışan X.Qarayev bildirib ki, saat 12 radələrində ?20 Yanvar? metrostansiyası qarşısından işə gələrkən orada nəqliyyat müfəttişlərinin bir nəfər taksi sürücüsünə qarşı zorakı davranışının şahidi olub və üzərindəki videokameranı işə salaraq xəbər hazırlamaq istəyib. O, taksi sürücüsünə vəsiqəsini göstərməklə özünü təqdim edib və hadisənin başvermə səbəbini soruşub. Bu zaman taksidə oturan nəqliyyat müfəttişi cəld maşından enərək ona hücum edib. Həmin müfəttişə tsaksinin yanındakı digər iki müfəttiş də qoşulub. Müfəttişlərdən yalnız biri uniformada olub. Əməkdaşımız deyir ki, nəqliyyat müfəttişləri özlərini əsl qoçu kimi aparıblar. Onlar əməkdaşımızı yerə yıxıb vurmağa başlayıb, kamersını zərbə ilə sındırıblar. Əməkdaşımıza sındırılmış kamerasını belə götürməyə imkan verməyiblər. Nəqliyyat qoçuları Xalid Qarayevi döydükləri məqamda ?Azadlıq? qəzetinin digər əməkdaşı, siyasət şöbəsinin müdiri Seymur Həzi təsadüfən əraziyə gəlib və baş verənlərə müdaxilə etməyə çalışıb. O, vəsiqəsini göstərməklə özünü təqdim edib və X.Qarayevi nəqliyyat qoçularının əlindən almaq istəyib. Lakin qoçu-müfəttişlər ona da kobudluq göstərib, ?Azadlıq? qəzetinin ünvanına nalayiq sözlər işlədiblər. Hadisə ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidməti və aparat rəhbərliyinə dəfələrlə zəng etməyimizə, hətta mesaj göndərməyimizə baxmayaraq, sorğumuza cavab ala bilməmişik(azadliq.info).#601; apar#601;y

Digər xəbərlər
SON XƏBƏRLƏR