Kocaman qorxur, ?Benfika? məzqçısi isə iddialı danızır

img

26-04-2013 [08:29]


?Bizim üçün önəmli olan qol buraxmadan qol vurmaq idi. Bunu da bu gün bacardıq. Finala çıxmaq üçün çox vacib bir oyun idi. Meydanda etmək istədiklərimizin çoxunu son dəqiqələrə qədər edə bildik?. Bu sözləri ?Fənərbaxça?nın baş məqşçisi Aykut Kocaman UEFA Avropa Liqasında ?Benfika? ilə ilk oyundan (1:0) sonra deyib. Təcrübəli mütəxəssis cavab qarşılaşaması haqqında da danışıb: ?Benfika? çox güclüdür. Buna görə də bu qələbə ilə finala çıxdığımızı söyləyə bilmərəm. Ancaq bunun üçün bütün gücümüzlə çalışacağıq. Hazırda əsas olan odur ki, istədiyimiz üstünlüyü əldə etdik. Bu qələbəyə görə futbolçularımı təbrik edirəm. Futbolçusu Kristian Baroninin birinci hissənin son dəqiqələrində penaltini qola çevirə bilməməsinə də münasib bildirən Kocaman deyib: ?Dünyada minlərcə penaltilər olur. Futbolçular bəzilərini vurur, bəziləri isə yox. Bu barədə danışmağa ehtiyac yoxdur. Kristian komandanın bir nömrəli oyunçusudur?. "Benfika"nın baş məşqçisi isə nikbin danışıb. "Hər şey göz qabağında idi. Çox yaxşı bir rəqiblə mübarizə apardıq. Yaratdığımız fürsətləri dəyərləndirə bilmədik. İlk maçtda məğlub olsaq da, hər şey hələ bitməyib"- deyən "Benfika"nın baş məşqçisi Xordi Xesusfinala çıxmaq üçün ümidlərini itirmədiyini bildirib: "İkinci matç üçün ilk oyunda etdiyimiz səhvlər üzərində çalışacağıq. Bunun üçün zamanımız var. Cavab qarşılaşmasını öz meydanımızda oynayacağıq. Ona görə də hələ heç bir şey bitməyib. İstanbulda qol vursaydıq, daha yaxşı olardı. Ancaq əmimək ki, finala çıxacağıq". Qeyd edək ki, bu komandalar arasında təkrar oyun mayın 2-i baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA