Rüstəm ibrahimbəyov Lalə Şövkəti "Milli Şura"ya dəvət etdi

img

25-04-2013 [06:45]


?Lalə Şövkəti Milli Şurada görmək istəyirik?. Mia.az xəbər verir ki, bunuModern.az-a ?El? hərəkatının funksioneri Eldəniz Quliyev deyib. E.Quliyev Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şuraya qoşulmasını arzu etdiklərini vurğulayıb. Onun fikrincə, Lalə Şövkətin Milli Şuraya qoşulması qurumun xeyrinə olacaq: ?Lalə xanım istənilən birliyə demokratik ab-hava gətirə bilər. Onu Milli Şurada görmək istəyirik. Lalə Şövkətin Milli Şurada təmsil olunmağı ancaq bizim xeyrimizə olacaq?. Xatırladaq ki, ALP sədri Əvəz Temirxan Modern.az-a müsahibəsində partiya lideri Lalə Şövkətin Milli Şura ideyasına müsbət yanaşdığını, ideyanı dəstəkləyə biləcəklərini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA