"Azadlıq" radiosunun əməkdazına "tələ" qurulur; Jurnalist ittihamı rədd edir

img

25-04-2013 [11:01]


Hakim partiyaya yaxınlığı ilə seçilən ?Səs? informasiya agentliyi ?Azadlıq? radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu haqda ?ifşaedici? məlumat yayıb. Məlumatda iddia olunur ki, bir neçə ay öncə radioya müsahibə verən Naxçıvan sakini Əşrəf Həsənov Y.Əkrəmoğlu tərəfindən aldadılıb. Halbuki bir neçə ay öncə Ə.Həsənov Bakıda konfrans keçirərək deyirdi ki, Naxçıvan MTN-i ona Y.Əkrəmoğlunun əleyhinə danışması üçün dəfələrlə təzyiq edib. Ə.Həsənov demişdi ki, onu 4 dəfə başına torba keçirib oğurlayaraq Naxçıvan MTN-ə aparıb işgəncə versələr də o, bunu etməyib. O, Bakıdakı mətbuat konfransında bunu israrla bildirmişdi. Ə.Həsənov mətbuat konfransından sonra Naxçıvana qayıtmayacağını söyləsə də sonradan müəmmalı şəkildə Naxçıvana qayıdıb. Onun ailəsi ilə şantaj olunması haqda məlumatlar da var. Dünən məsələ ilə bağlı Y.Əkrəmoğlu ilə əlaqə saxladıq. Jurnalist dedi ki, Ə.Həsənovu Naxçıvan MTN-ə aparıb və bu dəfə elə şərt qoyublar ki, onun əleyhinə danışmağa məcbur olub: ?Qaldı ki mənim müsahibə götürərkən səsimin qeyri-qanuni yazılması və sia.az tərəfindən yayımlanmasına, bu, hüquq-mühafizə orqanlarının işidir. Çünki başqa cür xəttə girib səs yazmaq mümkün deyil. Bu məsələdə mobil operatorlar da məsuliyyət daşıyır. Əşrəf Həsənov bir neçə ay öncə keçirdiyi mətbuat konfransında demişdi ki, Naxçıvan MTN əməkdaşları bizim ikimizin telefon danışığının səs yazısını ona dinlədib qeyri-qanuni tələblər irəli sürüblər?(Musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR