Yurgen Klopp: "Borrusiya" "Real"ın sirrini çözüb"

img

25-04-2013 [09:57]


Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Real"a 4:1 hesabı ilə qalib gələn "Borrusiya"nın baş məşqçisi Yurgen Klopp oyun haqda açıqlama verib. Almaniyalı mütəxəssis əvvəlcə oyunun qəhramanı Robert Levandovskidən danışıb: "Levandovskinin başqa kluba gedəcəyini düşünmürəm. Ona heç yerə göndərmərik. Komandamızda qalacaq. Oyun boyu istəkli olduqlarını bildirən baş məşqçi Madriddə daha maraqlı oyun olacağını bildirib: "İspan azarkeşlər işimizi çətinləşdirəcək. Belə görüşlərə o qədər də hazır deyilik. Bu gün çox yaxşı oynadıq və qələbəyə layiq idik. "Real"ın sevdiyi bir rəqib deyilik". Yurgen Klopp qalibiyyətin səbəblərindən biri kimi Mario Qötzenin dayanmadan Xavi Alonsoya pressinq edərək ona oynamağa imkan verməməsini göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA