Mourinyo məğlubiyyətdən danızdı: "Bunun səbəbini həqiqətən bilmirəm"

img

25-04-2013 [09:54]


Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Borussiya"ya 1:4 hesabı ilə məğlub olan "Real" klubunun baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib. Mourinyo rəqibə nisbətən zəif çıxış etdiklərini deyib: "Borussiya" bizdən yaxşı oynadı. Oyunçular fərdi keyfiyyətlərinə görə də, bizi üstələdi. Topu özümüzdə saxlamaqdan çox tez vaz keçdik. Rəqibimiz çox emosiyanal və istəkli idi. Hesab 1:1-dən 4:1-ə çox tez dəyişdi və bunun səbəbini həqiqətən bilmirəm". Portuqaliyalı mütəxəssis rəqibin heyətində pokerə imza atan Robert Levandovski haqda da danışıb: "Levandovski haqda hər şeyi bilirdik. Onu zərərsizləşdirmək üçün məşq etmişdik. Penaltini saymasaq onun hər üç qolunu mane ola bilərdik. Rəqib layiqli qələbə qazandı".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA