Venger: ?Fənərbaxça? Avroliqanın gizli favoritidir?

img

24-04-2013 [10:21]


?Arsenal?ın baş məşqçisi Arsen Venger Avropa Liqasının sabah keçiriləcək ?Fənərbaxça? - ?Benfika? matçı ilə bağlı fikirlərini bildirib. O, Türkiyə təmsilçinin Avroliqanın gizli favoriti olduğunu deyib: ?Benfika? ?Nyukasl?ı məğlub edərək yarımfinala yüksəldi. Ona görə də özlərinə güvənirlər. ?Fənərbaxça? da bu mərhələyə yaxşı uğurlar əldə edərək gəlib. Xüsusilə ?Latsio? ilə oynadıqları matçlarda çox yaxşı təsir bağışlayırdılar. Türk klubu kimsənin diqqətini çəkməsə də, onlar kubokun gizli favoritlərindən biridir?. Fransalı mütəxəssis Portuqaliya klubunun indiyə kimi əldə etdikləri uğurlara görə, ?Fənərbaxça?dan bir addım öndə olduğunu da vurğulayıb: ?Onlar təcrübə baxımından daha irəlidədilər. Üstəlik ?Benfika?nın çox güclü futbolçuları var. Bu mövsüm Avropa Liqasında bir matçda belə məğlub olmayıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA