Sərdar Cəlaloğlu üzr istədi

img

24-04-2013 [07:18]


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu son günlər onun adından ölkə KİV-lərində yayılan müsahibələrin cəmiyyətdə birmənalı qarşılanmaması, düzgün anlaşılmaması və cəmiyyət üzvləri arasında yaranan narahatlıqlarla bağlı açıqlama verib. ADP-nin mətbuat xidmətindən MIA-ya daxil olan açıqlamada deyilir: ?Mənim son vaxtlar Azərbaycan dövlətçiliyi və Milli maraqları ilə bağlı fikir və ideyalarımı mətbuatda bəzi jurnalistlər tərəfindən bilərəkdən qərəzli, və ya bilməyərəkdən yanlış şərh etmişlər. Mənim fikirlərimin düzgün dərk edilməməsindən dərin təəssüf hissi keçirir və bu açıqlamalardan dolayı özünü təhqir olunmuş hesab edən hər bir vətəndaşdan, bu açıqlamaları tirajlamaqda jurnalist etikasını pozan mətbuat nümayəndələrinin və şəxsən öz adımdan üzrxahlıq edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA