KXCP ?mitinq? dedi

img

23-04-2013 [12:05]


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclasında Mitinq Komitəsi yaradılıb. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. KXCP İdarə Heyətinin iclasında partiyanın rayon/şəhər şöbə məclislərinin yığıncaqlarının keçirilməsi barədə KXCP Ali Məclisinin sədri Bəybala Əbil və KXCP sədrinin Təşkilati Məsələlər üzrə müavini Xəzər Teyyublu ətraflı məlumat verib. İH iclasında aprelin 28-də keçiriləcək KXCP Ali Məclisinin sessiyasının gündəlik layihəsi müəyyənləşdirilib. İclasda Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) 28 aprel tarixinə təyin etdiyi mitinqə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Dinc kütləvi aksiyaların keçirilməsi ilə bağlı Mitinq Komitəsi yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA