iTV-nin yeni baz direktor seçiminə zübhə ilə yanazanlar var - iddia

img

23-04-2013 [09:57]


Bu gün İctimai TV-nin baş direktoru vəzifəsinə seçki keçiriləcək. Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı - Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib. ?İctimai televiziya və radio yayımı haqqında? Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib. Namizədlərdən biri - Emin Hüseynov ?Azadlıq? radiosuna müsahibəsində bildirib ki, o, iddiasını peşəkar kimi ortaya qoyub, amma indidən ədalətli seçimə böyük şübhəsi var: ?Ərizələrin qəbulu başa çatandan sonra namizədlərin siyahısı açıqlanıb. Bundan dərhal sonra MTRŞ bildirir ki, sabah seçkidir. Bu necə seçimdir ki, Yayım Şurasının üzvləri namizədləri tanımayacaq? Ən azından debat olmalı idi. Mən bununla bağlı həm Yayım Şurasına, həm də Avropa Yayım Şurasına müraciət etmişəm ki, debatlar təşkil edilsin və namizədlər öz proqramlarını açıqlasınlar?. Emin Hüseynov təklifində onu da səsləndirib ki, debat İctimai TV-də canlı yayımlansın və tamaşaçılar da SMS göndərməklə alternativ səsverməyə qatılsınlar. İctimai Teleradio Yayım Şurasının sədri Cahangir Məmmədli deyir ki, onlar seçim günü namizədlərlə görüşəcəklər: ?Namizədlərlə bağlı sənədlərlə bu gün tanış olacağıq. Sabah səsvermədən öncə onları dinləyib proqramlarını, fikirlərini öyrənəcəyik. Sonra da səsvermə olacaq. Məndən olsa, gizli səsvermə yaxşıdır?. O ki qaldı namizədlərin sənədlərini MTRŞ tərəfindən toplanmasına, Cahangir Məmmədli bunda qanunazidd hal görmür. Onun dediyinə görə, Milli Teleradio Şurası namizədlərin yalnız sənədlərini toplayır, seçimi isə onlar aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR