Tahir Abbaslı: ?Səmimiyyət olmasa bu ideya reallazmayacaq?

img

22-04-2013 [09:49]


?Hər bir ideyanın əsasında səmimiyyət durmalıdır. Belə olmasa onun reallaşacağı mümkün deyil. Üstəlik Azərbaycanda demokratik dəyişiklik istəyən qüvvələrə inamsızılıq yarandığından irəli sürülən hər hansı ideya şübhə ilə qarşılanır?. Bu fikri AİDP sədri Tahir Abbaslı son günlər Rüstəm İbrahimbəyov tərəfindən gündəmə gətirilən ?milli şüra? ideyasına münsibət bildirərəkən belə deyib. AİDP sədrinin fikrincə ?Milli şura? ideyası lazımlı ideyadır və Azərbaycanın bu günkü durumu ilə səsləşir. Amma bunu təkilf edən şəxs və onun təmsil olunduğu düşərgə ilk addımlarda ortalığa süəmimiyyət, dürüstlük qoymadığından xalq tərəfindən dəstəklənəcəyi gözlənilən deyil: ?Rüstəm müəllimin hakimiyyətdən incik düşəndən sonra fəallaşması isə ideyanın formalaşmasına mane olan amillərdəndir?. T.Abbaslı bildirib ki, özünü ana müxalifət adlandıran qüvvənin də bu ideyaya qoşulacağını gözləmir: ?Bunu yaxın tarixin təcrübəsi göstərir. İllər boyu öz arasında birləşə bilməyənlərin Milli Şura ideyası ətrafında birləşəcəyi real görünmür?. T.Abbaslı deyirki, bu ideyanın reallaşması üçün milli ideologiyamızı təmsil edə bilən, məhəllə təfəkküründən uzaq, səmimi, siyasi oyunlarda orta və yumşaq mövqeyi olan, xalqın gələcəyinə istər daxili, istərsə də xarici siyasətdə istiqamət verə biləcək şəxslər bir araya gəlməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA