Tozak mazından imtina edib, velisoped sürdü -FOTO

img

22-04-2013 [09:16]


?Xəzər Lənkəran?ın baş məşqçisi Con Toşak boş vaxtlarından səmərəli istifadə edərək sağlamlığının qeydinə qalır. Mia.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis şəxsi avtomobildən və sürücüdən imtina edərək sağlamlığını qorumaq üçün velisopedə üstünlük verib. Uelsli təcrübəli çalışdırıcı komandanın Lənkəranda keçirilən məşqlərinin ardından köməkçilərinə öz tapşırıqlarını verdikdən sonra istirahət etmək məqsədi ilə velosipedinə oturaraq istirahət mərkəzində onun üçün ayrılmış xüsusi VİP kottecə yollanır. Stadionun ərazisində yerləşən baza-oteldə məskunlaşan futbolçuların istirahət saatlarında nizam-intizama riayət etmələrinə isə əsasən klubun idman direktoru Babək Quliyev nəzarət edir. Xatırladaq ki, vaxtı ilə ?Xəzər Lənkəran?ın baş məşqçisi olmuş Mirça Rednik də digər bir vərdişlə yadda qalırdı. Belə ki, komanda ilə birgə bazada qalan rumıniyalı çalışdırıcı stadion ərazisində ayrılmış xüsusi yerdə pişik bəsləməyə maraq göstərirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA