isa Qəmbərin seçki qərargahının əsasnaməsi təsdiq olundu

img

22-04-2013 [07:19]


Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Divanda ötən həftəyə verilən qərarların icrası, görülən işlər, partiyadaxili məsələlər və ictimai-siyasi duruma dair müzakirələr aparılıb. Qubad İbadoğlu Macarıstan, Avstriya, Qırğızıstan, Belçika və Kişinyovda iştirak etdiyi neft gəlirlərinin idarə olunması, çirkli pulların yuyulması, antikorrupsiya mövzularında keçirilən konfranslar haqda məlumat verdi . O deyib ki, Azərbaycanla müqayisədə demokratiya sahəsində xeyli irəliləyişlər əldə edən Qazaxıstan parlamentinin komissiyalarında müxalifətlə iqtidar arasında səlahiyyət bölgüsündə balans yaradılıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia ilə görüşü barədə məlumat verdi. İsa Qəmbər bildirib ki, hər iki görüşdə ölkədə seçkiqabağı mühitin demokratikləşməsi və bir sıra önəmli məsələlər müzakirə olunub. Partiyadaxili məsələlər bölümündə İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının əsasnaməsi təsdiq olunub. Əsasnamədə qeyd olunur ki, Mərkəzi Seçki Qərargahı qərargah sədri, müavinlər, katib və üzvlərindən, təşkilat, təbliğat və təşviqat, hüquq, ictimai əlaqələr və sosial şəbəkələrlə iş, mətbuat, xarici əlaqələr, maliyyə, təsərrüfat-texniki şöbələrindən ibarət olacaq. Qeyd olunub ki, aprelin 23-ü saat 14:00-da Mərkəzi Seçki Qərargahının iclası keçiriləcək. Daha sonra qarşıdan gələn həftələrdə zona müşavirələrinin keçirilməsinə dair müzakirələr aparılıb. İctimai-siyasi duruma dair bölümdə həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin məsələsi, AXCP-nin Sabirabadda, Ümid Partiyasının isə Sumqayıtda təşkil etdiyi müşavirənin polis gücünə dağıdılması, Müsavat başqanının müavini Tofiq Yaqublunun və həbsdə olan nidaçıların məsələsi müzakirə olunub. Divanda qeyd olunub ki, həbsdə olan sözügedən şəxslərə qarşı sifarişli iş davam edir. Hakimiyyət tərəfindən həmin şəxslərin məsələsinə hüquqi yox, siyasi yanaşma mövcuddur. Divan həmçinin ABŞ-da baş verən qanlı olaylara görə, Amerika hökumətinə başsağlığı verdiyini bəyan edib. Divan həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi ilə bağlı mayın 27-də konfrans keçirilməsinə dair qərar qəbul edib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA