Əvəz Zeynallıya daha bir cəza; "Xural" qəzeti əsassız qərarla 25 min manat cərimə olundu

img

22-04-2013 [07:16]


Apellyasiya Məhkəməsində ?Xural? qəzetinə qarşı 50 min manatlıq iddia ilə çıxış edən ?Tlexuray? ? ?Baltika-Bakı? MMC işinə yenidən baxan Toğrul Əliyev Adam Tlexurayın iddiasını onun iştirakı olmadan qismən təmin edib. Məhkəmə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23 yanvar 2012-ci il qətnaməsinin ləğv olunması barədə qərar qəbul edib. Qətnamədə qeyd olunur ki, iddiaçının şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatları yaydığına görə, cavabdeh "Xural" qəzetinin redaksiyasının üzərinə iddiaçı haqqında həmin qəzetdə dərc edilərək, üzr istəmək vəzifəsi qoyulsun. Məhkəmənin predmeti 31 iyul 2011-ci ildə "Xural" qəzetində dərc olunan ""Xırdalan Pivə zavodunda nələr baş verir?" başlıqlı, 21-27 avqust 2011-ci il tarixli "Xırdalan pivəsinin əfsanəsi qıcqırdı" başlıqlı yazılardır. Məhkəmə qərara alıb ki, cavabdeh "Xural" qəzetindən iddiaçı Adam Tlexurayın xeyrinə 25 min manat pul tutulsun və həmin məbləğ Abşeron rayon Sahil qəsəbəsində yerləşən bu müəssisəyə köçürülsün." Xatırladaq ki, "Xural" qəzetində dərc olunan məqalələrdə "Xırdalan" və "Baltika" adı altında satışa buraxılan pivələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan maddələrin və virusun olması haqqında məlumat verilmişdi. Məlumata əsasən, Gürcüstana ixrac olunan bu pivələr Tiblis laboratoriyalarında yoxlamalardan keçirilmiş və tərkibində insan orqanizminə zərərli olan maddələr olduğu üçün geri - Azərbaycana qaytarılmışdı. Həmin vaxt şirkətə rəhbərlik edən Adam Tlexuray bu pivələrin yenidən istehsal olunaraq, yerli satışa buraxılması əmrini vermişdi. Yüz minlərlə belə pivələr Azərbaycan vətəndaşlarına satılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR