ibrahim ibrahimlini döyən naxçıvanlıların adı açıqlanacaq; Hücum edənlərdən biri Bakıya gəlib

img

22-04-2013 [10:20]


Xəbər verdiyimiz kimi, aprelin 6-da Naxçıvanda yas mərasiminə gedən İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli özlərini hüquq-mühafizə orqanları əməkdaşları kimi təqdim edən şəxslərin hücumuna məruz qalıb. İbrahim bəyi oğurlayan şəxslər ona fiziki xəsarətlər yetirərək kimsəsiz ərazidə atıb gediblər. Hadisədən sonra Azərbaycan siyasi partiyaları və hüquq müdafiəçiləri hadisəni pisləyib. Eyni zamanda İ.İbrahimli olayla bağlı mətbuat konfransı keçirib, DİN və Baş Prokurorluğa müraciət edib. Hazırda bu proses tanınmış vəkil İntiqam Əliyev tərəfindən aparılır. Aprelin 11-də isə Naxçıvan Muxtar Respublikası DİN mətbuat xidməti İbrahim İbrahimlinin döyülməsi ilə bağlı açıqlama yayaraq İbrahim bəyin oğurlanaraq döyüldüyünü təkzib edib. Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, İ.İbrahimli ermənilərlə şərtsiz barışıq içində yaşamağın lazım olduğunu deyib, Əkrəm Əylislinin ?Daş yuxular? romanının ideya xəttini müdafiə etdiyinə görə yasda olanların narazılığına səbəb olub və nəticədə qarşıdurma yaranıb. Qeyd edək ki, İbrahim İbrahimliyə hücumla bağlı Naxçıvan hüquq müdafiəçiləri araşdırma aparır. Bu barədə bizə Naxçıvanın Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri jurnalist, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verdi. Onun sözlərinə görə, artıq İbrahim bəyə hücum edənlərdən bir neçəsi müəyyən olunub. M.Nəsibova digərlərinin də müəyyən olunması ilə bağlı işlərin davam etdirildiyini bildirdi: ?Hazırda biz Naxçıvanda İbrahim bəyə hücum edənlərin kimliyini araşdırırıq. Onlardan artıq bir neçəsinin kimliyi bizə bəllidir. Hücum edənlərdən biri Bakıdan gəlib, Çevik Polis Alayında işləyir, 3 ay olar Naxçıvandan gedib. Digərləri ilə bağlı məlumatları dəqiqləşdiririk. Yəqin ki, yaxın günlərdə onlarla bağlı məlumatları mətbuata verəcəyik?. M.Nəsibova bildirdi ki, artıq Tumbul kəndində olublar və əhali ilə söhbətlər aparıblar. Hüquq müdafiəçisi deyir ki, yerli hüquq-mühafizə orqanları əhaliyə təzyiq edib saxta ifadə almağa çalışırlar: ?Naxçıvan DİN-in bəyanatından sonra hüquq-mühafizə orqanları əməkdaşları həmin Tumbul kəndində olublar. Kənd sakinlərinə təzyiq göstərərək yalan ifadə verməyə məcbur edirlər. O adamlardan bir neçəsi bu haqda bizə məlumat verib. DİN əməkdaşları tələb ediblər ki, kənd sakinləri ifadə versinlər ki, guya İbrahim İbrahimli yas məclisində camaatı narazı salan söhbət edib və kənd sakinləri ona təzyiq edib. Amma mən özüm kənd camaatı ilə görüşdüm, həmin yas yerində də oldum və yas məclisində iştirak edən adamlarla söhbət etdim. Onlar bildirdilər ki, İbrahim İbrahimli cəmi bir neçə saat yas məclisində olub, camaatla birlikdə qəbir üstünə gedib. Sakinlər bildirdilər ki, məclisdə başqa mövzularda heç bir başqa söhbət olmayıb". M.Nəsibova deyir ki, İ.İbrahimliyə hücum əvvəlcədən planlaşdırılıb: ?İbrahim İbrahimliyə qarşı qurulan təxribat əvvəlcədən hazırlanıbmış. Onlar bunu planlı şəkildə həyata keçiriblər. Eyni zamanda qohumlara təzyiq ediblər ki, onlar İ.İbrahimlini məclisdən çıxarsınlar, ancaq qohumlar buna razı olmayıblar, çünki İbrahim bəy bacısının oğlunun yasına gəlmişdi. Bizdə olan son məlumat ondan ibrətdir ki, polis çalışır ki, bir neçə kənd sakinindən onların İbrahim bəyin yasa gəlməsindən narazı olduğu, yasda olduğu zaman İbrahim bəyə hücum etdikləri ilə bağlı izahat almağa çalışırlar. Lakin kənd sakinləri hələ ki, buna razı olmur?. Hüquq müdafiəçisi deyir ki, yaxın zamanlarda İbrahim İbrahimliyə hücumla bağlı araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edəcəklər: ?Biz bu adamlarla bağlı məlumatları, kimlər olduğu, hansı maşınlarla gəldikləri ilə bağlı məlumatları mətbuata açıqlayacağıq?(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA