Siyavuz Novruzov "Azadlıq" radiosunu iğtizaz törətməkdə ittiham elədi

img

21-04-2013 [06:46]


"?Azadlıq" radiosu birtərəfli məlumatların qeyri-qanuni, ədalətsiz təbliği ilə məşğuldur. Bununla da bu və ya digər şəkildə təxribatlar törətməyə çalışır?. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. YAP rəsmisinin sözlərinə görə, həmin insanlar çalışırlar ki, qanunu pozsunlar və bundan da şou düzəldib Azərbaycanın əlehinə istifadə etsinlər: "?Azadlıq" radiosu yarandığı andan etibarən məhz potsovet məkanda fəaliyyət göstərib. Beləcə, bu radio dünyada olan məlumatları sovet ölkələrinə və əksinə s. çatdırırdı. Sonradan isə "Azadlıq" radiosu müəyyən qrupların əlində alət olaraq burada qarşıdurma yaratmaq, iğtişaş törətmək, insanları qarşı-qarşıya qoymaq, dezinformasiya yaymaq və s. kimi işlərlə məşğul olmağa başlayır. Bir sözlə obyektiv məlumat verməkdən uzaqlaşırlar. Obyektiv məlumat tərəfsizlik deməkdir, tərəfli yox".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA