Mirzə Sakitdən Elzad Abdulayevə ismarıc: "O, ayağından asılmalıdı"

img

21-04-2013 [05:35]


Böyük Vətən müharibəsində həlak olan əskərlərin xatirəsini əbədiləşdirmək üçün keçmiş Sovet Respublikalarında abidələr qoyulub və o abidələrin də hər birinin postamentində HEÇ KİMİN UNUDULMAMAĞI haqda xatirə dolu sözlər yazılılıb. Bu sözlər bizə o qədər əzizdir ki, ölənə qədər də o insanların ruhları qarşısında borclu olmağımızı dana bilmərik. Bu dünyada hər bir insanın etdikləri əməllər UNUDULMAZ olaraq, qalmaqda davam edəcəkdir. Bu əməllər cəmi iki kateqoriyaya bölünür. Yaxşı və pis. Hər kəs öz əməli ilə yaddaşlarda qalacaqdır. Mən Avropaya gəldim və gələndən sonra da Belçika hökuməti mənə burada siyasi status verdi. Bundan xəbər tutan çoxsaylı dostlar bu status münasibətilə mənə təbriklər yazdılar, zəng edib sevindiklərini bildirdilər. Mən də öz növbəmdə o dostlara minnətdarlıq etdim, lakin bu status məni qətiyyən sevindirmədi. Ömrümün bu çağında vətəndən uzaqlaşaraq, qürbət bir ölkəyə sığınmağımı və mənə sığımaq icazəsi verilməsinə görə mən hansı əsaslarla sevinə bilərdim axı. Buna sevinmək çox dəhşətli hadisədir. Bu tale ilə barışmasam da hər halda əlahəzrət fakta tabeçilik etməkdən başqa əlacım qalmır. Mən Azərbaycanda heç bir cinayət törətmədən bura gəldim. Əksinə cinayətkarlar mənə qarşı cinayət törətdilər və o cinayətkarların cinayətlərinin acısını mən çəkməli oldum. Çəkdikcə də VƏTƏN SAĞ OLSUN dedim. Vətən də vətəndaş da unudan deyil. Zamanında hər kəs öz əməllərinə görə öz ayaqlarından asılırlar. O asılası insanlardan biri də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru və hal-hazırda Fransada yaşayan Elşad Abdullayevdir. Elşad Abdullayevin hakimiyyətdə hansı klana aid olması bizi qətiyyən maraqlandırmamalıdır. Əsas odur ki, o da klanların birinin mərhum nümayəndələrindən biri olub. Mərhum sözünü ona görə işlətdim ki, bəzi insanlar elə diri vaxtı da ölmüş bədən kimi olurlar. Belələrinin ruhları isə lap əvvəldən o bədənləri tərk edərək cəzirələrə çəkilib gedirlər. Ona görə ki, diri ikən dünya malını ətraf mühitdən və öz cinsi olan insanlardan üstün tutanların batilində ruh qalmaz. Ruhu getmiş bədən isə təbii ki, ölü bir cəsəddir. Elşad Abdullayevin cəsədi hələ ən azı 20 il bundan öncə öz ruhuna əlvida deyib. Bəziləriniz yəqin ki, vampirlər haqda filmlərə baxmısınız. Vampirlərin sifətlərindəki donuqluq, gözlərindəki dəhşətli qan təşnəsi aydınca sezilir. Elşadın gözləri də yəqin ki, o vampirlərin gözlərindən kopyalanmış gözlərdir. Belə olmasaydı, vaxtı ilə Azərbaycanın gənc övladlarının təhsil almaq istəklərini Elşad Abdullayev onların gözlərində qoymazdı. İndi də Avropada Elşadın ?Vətən sevgisi? tutub. Hətta bu ?Vətən sevgisi?nə görə onu mukafatlandıranlar da tapılıblar. Bu günlərdə İsveçrədə bir qrup azərbaycanlıların yaratdıqları və yaxud da həkk etdikləri ?Milli Şura?da Elşada sədr müavini vəzifəsini ərməğan etməklə müəllimə böyük iltifat göstəriblər. Belə yerdə deyiblər, ?Kafir Cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar??. Çəkənlərdən də biri həmin kafirin pul kisəsinin dibində gəzən siçanlardan biridir. O siçan gah boş pulqabısı olan insanlara tərəf gəlir, gah da Elşadın pullu pulqabına tərəf. Amma o siçan da artıq tələyə düşdüyündən çənəsindəki tüklərini əsdirərək, iyrənc caynaqlarını ora-bura atsa da tələdən çıxa bilmir. Çünki onu tələyə salanlar Elşaddan fərqli olaraq ruhları bədənlərində olan sevgili insanlardılar?.Əlhəmdilullah. Mirzə Sakit, "Veteninfo.az"

Digər xəbərlər
SON XƏBƏRLƏR