?inter" ?kiçik qardazı?nı ?əzdi?

img

20-04-2013 [09:24]


Topaz Premyer-Liqanın 27-ci turunun növbəti oyunu çərrçivəsində "İnter" - "Simurq" matçı keçirilib. Mia.az-ın xəbərinə görə, turnir cədvəlində üçüncü və dördüncü yerdə qərarlaşan bu komandaların oyunu gərgin mübarizə şəraitində keçəyi gözlənilsə də, oyunda bunun tamamilə əksi baş verib. İelə ki, çempionluq şansı yüksək olan ?İnter? futbolsevərləri tərəfindən ?kiçik qardaşı? adlandırılan ?Simurq? səddini asanlıqla keçib. İlk hissədə 3 qol vuran ?İnter?li futbolçular ikinci hissədə də 2 qol vurmaqla çempionluq iddiası olmayan ?kiçik qardaşı?nı 5-0 hesabı ilə biabırçı məğlubiyyətə uğradıb. Yeri gəlmişkən, ?Simruq?dan Mario Bojiç 29-cu dəqiqədə qırmızı vərəqə ilə oyundan qovulub. Sabah isə aşağıdakı komandalar qarşılaşacaq: 16:00. Bakı ? Qarabağ 18:00. Neftçi ? Qəbələ 19:00. Xəzər Lənkəran ? Sumqayıt

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA