AXCP qərargah axtarızındadır

img

20-04-2013 [04:33]


AXCP qərargah problemini həll etmək üçün müxtəlif variantlara əl atır. Bu barədə MİA-ya açıqlamasında AXCP Ali Məclisinin sədri Həsən Kərimov məlumat verib. O deyib ki, hakimiyyət bütün imkanları ilə partiyanın normal fəaliyyətinə mane olur. Partiya yetkilisinin sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq, hakimiyyət əsas alternativ güc mərkəzi olan AXCP-ni cəmiyyətdən təcrid etmək istəyir: ?Seçkiöncəsi müraciətlərimizə baxmayaraq, hakimiyyət bizi qərargahla təmin etmək niyyətində olmadığını ortaya qoyur. Biz ayrı-ayrı ofislərə, şəxslərə müraciət eləmişik, biləndə ki, AXCP üçün qərargah istəyirik, hakimiyyətin qorxusundan bizə yer verməkdən imtina edirlər. Ancaq bu istiqamətdə həm axtarışlarımız, həm də müraciətlərimiz dama edir?. Hazırda böyük toplantılarını Müsavat Partiyasının qərargahında keçirdiklərini nəzərə çatdıran H.Kərimov hələ də evlərdə yığışdıqlarını, müzakirələr apardıqlarını vurğulayıb: ?Qərargahın olmaması partiyanın işinə kifayət qədər problemlər yaradır. Ancaq ümid edirik ki, yaxın vaxtlarda bu problemi həll edəcəyik. Özümüzün. Yaxud dostlarımızın hesabına kiminsə mənzilini ofis kimi kirayələyə biləcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA