Partiya sədrinin Azər Tağıyevlə növbəti ?döyüzü? bazladı

img

20-04-2013 [02:24]


ALP sədri Əvəz Temirxanın Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmaq üçün çabaları hələki fayda verməsə də, o, geri çəkilmək niyyətində deyil. Bu barədə mia.az-a daxil olan məlumata görə, ötən il Vəkillər Kollegiyasının üzvü olmaq üçün test imtahanından uğurlu nəticə göstərən Əvəz Temirxan ikinci mərhələdə, yəni müsahibədə kollegiyanın sədri Azər Tabıyevin sınağından üzüağ çıxa bilməyib: ?ALP sədri bu məğlubiyyəti ilə barışmaq niyyətində deyil. O, hesab edir ki, bu, onun siyasi mövqeyi ilə bağlıdır. Onun üçün də o, Vəkillər Kollegiyasının imtina qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət eləyib. Amma həmin məhkəmə Əvəz Temirxanın iddiasını rədd edib?. Məlumata görə, Əvəz Temirxanın Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə araşdırılır: ?Hakim İlqar Dəmirov Əvəz Temirxanın şikayəti üzrə aprelin 24-nə iclas saatı təyin edib. Yəqin ki, həmin günü qərar açıqlanacaq?. Əvəz Temirxanın şikayətinə baxılma müddətinin bu qədər uzanması ortaya xeyli müəmma da çıxarıb. Bu və ya digər məqamlarla bağlı tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA