AZAL və "Turan" rəqiblərini əzdi

img

19-04-2013 [10:52]


;n Topaz Premyer Liqanın 27-ci turuna start verilib. Oyunlar ikinci ?altılıq? komandaları arasında olub. Artıq Topaz Premyer Liqanı tərk edəcəyi dəqiqləşən ?Kəpəz? ?Turan?ı qəbul edib. Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Digər matçda AZAL ?Rəvan?ı qəbul edib. İkinci ?altılığ?ın birinci və ikinci pillələrində yerləşən bu komandaların oyunu maraqlı olacağı gözlənilirdi. Hər iki komandanın son vaxtlar uğurlu çıxış etməsi oyunun gərgin və maraqlı olacağından xəbər verirdi. Oyun gözlənildiyi kimi maraqlı və bol qollu keçib. Qapılara beş top vurulan bu oyun 3:2 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb. Digər oyunlar aprelin 20-si və 21-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA