Hacıyev: ?Neftçi? və ?Qarabağ? bir-birinə layiqli rəqibdir?

img

18-04-2013 [03:29]


?Neftçi?nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/2 final mərhələsində ?Qarabağ?a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edib. Bunu oyundan sonra keçirilən mətbuat konfransında B.Hacıyev bildirib ki, 2:1 kubok oyunu üçün sürüşkən hesabdır. ?Çalışacağıq ki, növbəti oyunda uğurumuzun davamını gətirəm. Əsas odur ki, ?Qarabağ?la matçda uğursuzluq sindromu qırdıq. Etiraf edirəm ki, üç oyundur, onları qalib gələ bilmirdik. ?Neftçi? və ?Qarabağ? bir-birinə layiqli rəqibdir. Biz nə sağa, nə də sola baxıb, öz yolumuzla gedirik? - deyə B.Hacıyev bildirib. O qeyd edib ki, ?Neftçi? bu gün rəqibindən daha yaxşı oynayıb: ?Biz daha yaxşı çıxış etdik, topla daha yaxşı rəftar etdik. Növbəti oyun bizim üçün bundan daha rahat olacaq. Çünki ?Qarabağ? məğlub olduğu üçün açıq futbol oynayacaq. Hansı komanada isə açıq futbol oynayırsa, onun qadasını alım?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA