Con Tozak: ?Rəqib məzqçinin yerinə olsaydım, 1:0 hesabına üzülərdim?

img

18-04-2013 [03:27]


?Komandamın oyunu məni məyus etdi. Cütün taleyi ilk oyunda həll ola bilərdi. Yaxşı oynamadıq, hesab 0-3 də ola bilərdi. Rəqib komandanın məşqçisinin yerinə olsaydım, 1:0 hesabına üzülərdim?. Bu sözləri ?Xəzər Lənkəran?ın baş məşqçisi Con Toşak Azərbaycan kubokunun səfərdə ?Bakı?ya qarşı keçirilən oyunundan (0:1) sonra keçirdiyi mətbuat konfransında bildirib. Uelsli mütəxəssis qeyd edib ki, ilk hissədə nizamlı oynasalar da, ikinci hissədə yorğunluq öz sözünü deyib. O, qapıçıları Orxan Sadıqlının oyunundan razı qalıb: ?O, bizi böyükhesablı məğlubiyyətdən xilas etdi. Rəqib qapısına doğru çərçivəyə düşən zərbəmiz, demək olar ki, olmadı. 0-1 hesabı ilə məğlub olsaq da, cavab oyununda mərhələ keçəcəyimizə ümidimiz var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA