Əli Həsənovdan prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı açıqlama

img

17-04-2013 [01:32]


Azərbaycanda Prezidentin səlahiyyətinin 7 ilədək artırılması təşəbbüsləri yoxdur və buna ehtiyac da yoxdur. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend-in əməkdaşının bəzi KİV-də Azərbaycan hakimiyyətinin Prezidentin səlahiyyətinin 7 ilədək artıracağı ilə bağlı yayılan məlumatlara dair sualını cavablandırarkən deyib. "Bu, tamamilə yalnış məlumatdır. Azərbaycan Respublikasının siyasi sistemi, Prezdent, Parlament və məhkəmə hakimiyyətinin səlahiyyətləri, bölgü prinsipləri Azərbaycan Konstitusiyasında əks olunub. Belə təşəbbüslər yoxdur və buna ehtiyac da yoxdur. Əgər gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldırarlarsa, bunu referendum yolu ilə həll etmək olar. Hazırda isə belə bir təşəbbüs yoxdur, bu dezinformasiyadır", - Əli Həsənov deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA