Eldar Həsənov: ?Vida görüzlərimi keçirirəm?

img

16-04-2013 [10:53]


Məlum olduğu kimi, bir müddət öncə Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov vəzifəsindən geri çağırılması üçün ölkə prezidentinə məktubla müraciət etmişdi. Bunun da nəticəsində prezidentin sərəncamı ilə o, Rumıniya səfiri postundan geri çağırılsa da, Serbiya, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində qaldı. Aznews.az saytı məlumat yayıb ki, Eldar Həsənov yaxın günlərdə səfir kimi fəaliyyət göstərdiyi bu ölkələrdən də geri çağırılacaq və Rusiyaya səfir təyin olunacaq: ?Mənbəmiz iddia edir ki, onun Rusiyaya səfir göndəriləcəyi planlaşdırılıb. Baş verəcək yerdəyişməylə bağlı hazırda Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan Polad Bülbüloğlu da məlumatlandırılıb?. Xəbərdə xatırladılır ki, ötən həftə P.Bülbüloğlu Bakıda səfərdə olub və bu səfər çərçivəsində onun səfir müddətinin başa çatması və bundan sonrakı durum müzakirə olunub. Məlumatı dəqiqləşdirmək üçün səfir Eldar Həsənova müraciət etdik. Eldar Həsənov ?Yeni Müsavat?a açıqlamasında bildirdi ki, bu informasiya tamamilə əsassız və yanlışdır: ?Bu informasiyanı birmənalı şəkildə təkzib edirəm. Mən cənab prezidentin sərəncamı ilə təyinatımı yeni almışam. Rumıniyada vida görüşlərimi keçirirəm. Yaxın günlərdə Belqrad şəhərində Serbiya, Bosniya-Hersoqovina və Montenoqrada fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyətə başlayıram?. Eldar Həsənov Rusiyadakı Azərbaycan səfiri Polad Bülbüloğlu barəsində də danışdı: ?Polad Bülbüloğlu çox təcrübəli, çox peşəkar, böyük nüfuza malik səfirdir. Polad Bülbüloğlu dövlətçilikdə, idarəçilikdə, diplomatiyada peşəkar, işgüzar, eyni zamanda nüfuzlu bir ziyalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA