Vilyam Hacıyev haqda zok faktlar açıqlandı

img

15-04-2013 [08:51]


Son günlər ölkə mətbuatının gündəmində olan məmurların başında əsasən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və onun rayonda abadlıq və quruculuq işləri ilə bağlı yerli iş adamlarından topladığı iddia olunan yüz minlərlə vəsait durur. Artıq V.Hacıyev bu haqda yazan mətbu orqanlara qarşı səlib yürüşünə başlayıb və KİV-ləri məhkəmə ilə hədələyir. V.Hacıyevin fəaliyyəti və iş adamları ilə münasibətləri o qədər geniş şəkildə işıqlandırılıb ki, artıq V.Hacıyevdə pulu olan kim varsa, dolayısı ilə KİV-lərə məlumat ötürür və cənab Hacıyevin onlara da borclu olduğunu bildirir. İddialara görə, V.Hacıyev Bakının Nərimanov rayonu ərazisində T.Əliyev küçəsində ümumi dəyəri 25 milyon manatdan yuxarı olan böyük bir villaya, 10-PP-369 dövlət nömrə nişanlı ?Bentley? avtomobilinə, eyni zamanda ?Land Rover? və ?Mercedes S class? 90 AA 369 avtomobillərinə sahibdir. Vilyam Hacıyevin bu qədər əmlakı necə əldə etməsi hələlik sirrdir. Amma onun iş adamlarına borclu olduğu sirr deyil. Bildirilir ki, İmişli rayonunda abadlıq və təmir işləri adı altında V.Hacıyev Hacı Tofiq kimi tanınan Tofiq İsayevə də borcludur. Bu həmin Hacı Tofiqdir ki, Sürət Hüseynovun evində gizlənməsində müstəsna xidmətliri olub. İndi də V.Hacıyevlə dostluq edən hacı rayonun ən böyük parklarından birinin yaşıllığını məhv edərək özünə otel tikən bir biznesmen kimi tanınır. V.Hacıyevlə bağlı redaksiyamıza adlarının açıqlanmasını istəməyən mənbələrin sızdırdıgı məlumatlarda deyilir ki, V.Hacıyev hətta İmişlidə Şahmat məktəbinin yerini də satıb. Bu yeri isə 100 min manata ?Optovoy Əhəd? kimi tanınan şəxsin aldığı bildirilir. Vilyam Hacıyev bu günə kimi haqqında müxtəlif iddiaların ortaya atılmasına baxmayaraq və bu iddialar haqqında mətbuatda müxtəlif xəbərlərin yayılmasına rağmən susub. Biz məlumatlara münasibət öyrənmək məqsədilə V.Hacıyevin özü ilə əlaqə saxlamağa çalışdıq. İlkin olaraq qeyd edək ki, V.Hacıyev bildirdi ki, bu günə kimi onunla bağlı bu və ya digər şəkildə məlumat yayan bütün media orqanlarını məhkəməyə verəcək: ?Mən artıq qərara gəlmişəm ki, bu söz-söhbətlərə son qoymaq üçün rayon haqqında, mənim haqqımda yazan mətbuat orqanlarını məhkəməyə verim. İmişli abadlaşır, burada Avropa standartlarına uyğun binalar tikilir. Əhali icra başçısından razı, görülən işlərdən razı, amma mətbuatda mənə qarşı ?qara piar? kampaniyası aparılır?. V.Hacıyevə yayılan məlumatların bir çoxunun öz təsdiqini tapdığını və iş adamaları ilə aralarında olan alış-verişi də xatırlatdıq. İcra başçısı isə öz növbəsində bildirdi ki, səslənən iradlar əsassızdır. Vilyam Hacıyevlə telefon söhbətimiz kəsildiyində, onunla ikinci dəfə əlaqə qurmağa və rayondakı Şahmat Məktəbinin ərazisinin ?Optovoy Əhəd?ə satılıb-satılmadığını, aldığı əmək haqqı ilə sahib olduğu əmlak arasındakı fərqin bu qədər böyük olma səbəbini öyrənməyə çalışsaq da, cəhdimiz baş tutmadı. Telefona V.Hacıyevin köməkçisi cavab verdi və başçının evə getdiyini bildirdi. Biz İmişlinin icra başçısından hansı səbəbdən şəkər zavodu ərazisində yerləşən qonaq evində qalmasının da səbəbini öyrənmək istərdik. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin (Vilyam Hacıyevin xalası oğlu) də qeyd olunan qonaq evində qaldığı iddia edilir. Maraqlıdı, görəsən rayonda icra başçısının qalması üçün müvafiq bir əmlak yoxdur ki, V.Hacıyev məhz şəkər zavodunun ərazisində tikilən qonaq evində qalır? Vətəninfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR