Gəncənin icra bazçısı Dövlət Departamentinin nümayəndələri ilə nədən danızıb?

img

15-04-2013 [07:55]


ABŞ Dövlət Departamentinin nümayəndələri bu gün Gəncə şəhərinə səfər edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində İcra Hakimiyyətində görüşlər keçirən qonaqlar insan hüquqlarında əmlak məsələlərinin yeri, qeyri-hökumət təşkilatları ilə işin qurulması və vətəndaşlara xidmətdə şəffaflığın təmin olunması məsələlərini müzakirə ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşlara xidmətin keyfiyyətini artırmaq yönündə görülən işlər haqqında məlumat verərkən ASAN xidmət mərkəzlərinin fəaliyyətindən də danışıb. Dövlət Departamentinin Qafqaz və Regional münaqişələr üzrə struktur bölməsinin rəhbəri Castin Fridman ABŞ-la Azərbaycan arasındakı münasibətləri uzunmüddətli və dərin adlandırıb. Dövlət Departamentinin nümayəndəsi həmçinin qeyri-hökumət təşkilatlarının xətti ilə həyata keçirilən layihələrdə Azərbaycan üzrə bu il üçün maliyyə vəsaitlərinin azaldılması məsələsinə də münasibət bildirb. O, Dövlət Departamenti xətti ilə ayrılan maliyyə vəsaitlərinin azalmasının büdcədən asılı olduğunu deyib. Castin Fridmanın sözlərinə görə, ABŞ-da büdcə məsələləri konqres tərəfindən həll olunur: ?Bu, büdcənin azalması, daha doğrusu Birləşmiş Ştatlar vətəndaşlarının vergi vermək arzusu və verginin hara, necə xərclənməsi ilə bağlıdır?. O bildirib ki, bütün sahələrdə büdcə azaldığına görə hansı ölkələrə xüsusi vəsaitlərin azalması ABŞ büdcəsindəki problemlərlə əlaqəlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA