Azərbaycanda jurnalistin evində partlayız oldu

img

15-04-2013 [10:22]


Şamaxı şəhərində partlayış baş verib, bir nəfər yaralanıb. Trend Kanal S-ə istinadən xəbər verir ki, partlayış nəticəsində evin bir otağı tamamilə dağılıb, digər otaqlara ziyan dəyib. Ev sahibi, 1961-ci il təvəllüdlü Ələkbərzadə Çingiz Həmzə oğlu isə müxtəlif yanıq xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib. Bədəninin müxtəlif nahiyyələrindən II və III dərəcəli yanıq diaqnozu qoyulan xəstənin vəziyyəti sonradan daha da ağırlaşdığı üçün o, təcili olaraq Bakı şəhərinə aparılıb. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi deyilir. Belə ki, ev sahibi evin qızdırılması üçün quraşdırılan qaz cihazını işə salarkən ehtiyatsızlıq edib və cihazın içinə dolmuş qaz partlayışa səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA