"Qarabağ" "inter"ə, "Neftçi" "Simurq"a qalib gəldi

img

13-04-2013 [09:17]


;n Topaz Premyer Liqanın 26-cı turunun növbəti oyunları keçirilib. Turun ikinci oyun günündə dörd qarşılaşma baş tutub ki, bunlardan üçü ilk "altılıq" komandaları arasında keçirilib. Günün ilk oyununda "Qəbələ" "Bakı"nı qəbul edib. Son vaxtlar heç də yaxşı təsir bağışlamayan "Qəbələ" yeni məşqçi Luis Araqonun başçılığı ilə ilk qələbəsini qazanmağa çalışsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. 90+3-cü dəqiqdə "Bakı" penalti qazanıb və zərbəni dəqiq yerinə yetirən Rauf Əliyev komandasını məğlubiyyətdən qurtarıb - 1:1 Digər oyunda "Qarabağ" "İnter"i qəbul edib. Turnir cədvəlinin ikinci və üçüncü pillələrində yerləşən bu komandaların qarşılaşmaları mərkəzi oyun hesab olunurdu. Gərgin və maraqlı keçən oyunda qapılara beş qol vurulub. Oyun Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsilə bitib. Bununla da "Qarabağ" turnir cədvəlində "İnter"i qabaqlayaraq ikinci pilləyə yüksəlib. Daha bir oyun "Turan"la "Xəzər Lənkəran" arasında keçirilib. Bu, oyun "Turan"ın son şanslarında hesab olunurdu. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu, Tovuz təmsilçisini bir qədər ümidləndirib. Günün son matçına da maraq böyük idi. Zaqatalada baş tutan oyunda turnir cədvəlinin lideri "Neftçi" "Simurq"un qonağı olub. Son oyunda "Qarabağ"a məğlub olan "ağ-qaralar" səfərdə qalib gələrək bu məğlubiyyəti unutdurmağa çalış??. "Neftçi" Zaqatlaya bir sıra itkilərlə getməklə yanaşı, 10 oyunluq cəzalandırılan baş məşqçi Böyükağa Hacıyev də komandaya rəhbərlik edə blməyib. "Simurq"a 1:0 hesabı ilə qalib gələn "Neftçi" 51 xalla turnir cədvəlində liderliyini qoruyur. Tura aprelin 14-də keçiriləcək "Sumqayıt" - AZAL oyunu ilə yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA