isa Qəmbər: "Zaman bizi sıxır"

img

13-04-2013 [05:53]


Aprelin 13-ü Bakıda, Müsavat Partiyasının mərkəzi qərargahında müxalif İctimai Palatanın sessiyası keçirilib. "Musavat.com? xəbər verir ki, sessiyada çıxış edən Müsavat başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər deyib: ?Hakimiyyət demokratik seçkidə uduzacağını dəqiq bilir. Ona görə də repressiyanı gücləndirib. Repressiya əsasən İctimai Palatanın üzvü olan şəxslərə, müstəqil gənclərə, ?Nida? təşkilatının üzvlərinə, inanclı kəsimə qarşı həyata keçirilir. Hakimiyyət ölkədə vəziyyəti dəyişə biləcək qüvvələri, öz rəqiblərini aydın şəkildə görür. Ancaq hakimiyyətin repressiya siyasəti iflasa uğrayıb. Bölgələrdə həbslər davam etsə də, etirazlar artan xətt üzrə davam edir. Cəmiyyətin aktivliyi artır və artan xətt üzrə davam edəcək. Hakimiyyətin hücum hədəfində beynəlxalq birlik də var. ABŞ Milli Demokratiya İnstitutuna, Azad Fikir Universitetinə, ATƏT-in Bakı ofisinə və digər təşkilatlara hücum edilir. Bu istiqamətdə də hakimiyyətin addımları iflasa uğrayır. Avropa Şurasında da hakimiyyətin zərərinə küləklər əsir. Beynəlxalq birliyin bu rejimə qarşı addımları göz qabağındadır. Offşor zonalarda şirkətlərlə, bank hesabları ilə bağlı məlum hesabatda İlham Əliyevin adının əsas şəxslər sırasında hallanması təsadüfi deyil. Hesab edirəm ki, İctimai Palata bu məsələ ilə bağlı öz mövqeyini bildirməli, İlham Əliyevin istefası tələbini rəsmi şəkildə gündəmə gündəmə gətirməli və tələb etməlidir. Biz bu ölkədə vəziyyəti özümüz dəyişməliyik. Xalq ayaq üstdə olanda beynəlxalq birlik onun yanında olacaq. Bu hakimiyyət hər kəsi bezdirib. İctimai Palatanın seçki ilə bağlı mövqeyi dəqiqləşməlidir. Zaman yetişib ki, seçki ilə bağlı yekdil mövqe ortaya qoyulsun. Seçki platforması hazırlanmalıdır. Bu istiqamətdə ciddi qərarlar qəbul etmək lazımdır. Kütləvi tədbirlərlə bağlı məsələyə münasibətimiz dəqiqləşməlidir. İctimai Palata müəyyənləşdirməlidir ki, biz məsuliyyəti üzərimizə götürüb kütləvi tədbirlər keçirməyə başlamalıyıq, yoxsa yox. Birlik məsələsi ilə bağlı da dəqiqləşmə aparılmalıdır. Biz nəzərdən keçirməliyik ki, hansı formatlar xalqın dəstəyini qazanmağa daha çox şanslıdır. Müxtəlif ideyalar var. Hər birini nəzəri cəhətdən mümkün hesab edirik. Gələn sessiyaya qədər bu istiqamətdə də aydınlığa nail olmağa çalışmalıyıq. Zaman bizi sıxır. Demokratik dəyişiklik istəyən bütün qüvvələrlə funksional əməkdaşlığa hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA