Hakimiyyəti dəstəklədi, ofisindən qovuldu; Tahir Kərimlinin partiyası küçədə qaldı

img

12-04-2013 [06:02]


Hakimiyyətyönlü "Vəhdət" partiyası öz ofisindən qovulub. Bu barədə partiyanın sədri Tahir Kərimli məlumat verib. Mia.az xəbər verir ki, bunu haqqin.az-a Tahir Kərimlinin özü deyib. O, bildirib ki, onlar ofisdən çıxmağa məcbur ediliblər, çünki həmin məkan artıq Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin sərəncamına verilib. "Hazırda biz başqa bir ofis kirayəyə götürmüşük. Mənimlə Əmlak Komitəsi arasında bir neçə dəfə icarə haqqında müqavilə imzalansa da, görünür, kimsə ofisimizə göz qoyub", - deyə, Tahir Kərimli bildirib. Sonda isə partiya sədri akimiyyətin imicinə zrəbə vurmamaq üçün bu hadisəni şişirtmək niyyətində olmadığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA