ilqar Altay: ?Möhtəzəm vahid Azərbaycan yenidən dünya xəritəsində öz yerini tutmalıdır?

img

12-04-2013 [01:08]


Hazırda Avropada səfərdə olan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Altay qonşu İran tərəfinin Azərbaycana qarşı son təhdidləri ilə bağlı fikirlərini bölüşüb. İlqar Altay İran Parlamentində bir qrup deputatın Rusiyası ilə İran arasında Azərbaycanın bölünməsilə bağlı 1828-ci il Türkmənçay müqaviləsinə yenidən baxılması və Azərbaycanın İrana birləşdirilməsi addımını təsadüfi saymadı: ?Bu təhdid gözlənilən idi və İran tərəfdən seçki ilində hələ bundan da daha sərt təhdidlər gözləniləndir. Bu da onun göstəricisidir ki, müstəqillik əldə etdiyimiz 20 ildən bəri cənub qonşumuz mütəmadi olaraq Azərbaycanda stabilliyin pozulması istiqamətində öz təxribatlarından çəkilməyib. Və bu təxribatlar bir qayda olaraq ölkəmizdə keçirilən irimiqyaslı gərgin və ciddi tədbirlər zamanı ortaya çıxır. İstər ictimai-siyasi, istərsə də mədəni tədbirlər. Və bu təhdidlər nədənsə hər zaman şimal qonşumuz tərəfdən gələn təhdidlərlə üst-üstə düşür?. Türkmənçay müqaviləsini xatırlamağın əslində İranın yox, Azərbaycanın xeyrinə oldugunu vurğulayan İlqar Altay bu sənədin bərabərhüquqlu müqavilə olduğunu şübhə altına aldı: ?Birincisi, diqqətlə təhlil edildikdə bu sənəd əslində bərabərhüquqlu müqavilə yox, İranın Rusiya qarşısında biabırçı təslimçilik aktıdır, yəni özünü xilas cəhdidir. İran tərəfinin bu sənədi ortaya atması onun ümumiyyətlə, dövlət kimi qüdrətinə xələl gətirir. Orada İran şahının Rus çarı qarşısındakı yalvarışlı öhdəliklərindən söhbət gedir. Müəyyən olur ki, belə bir təslim sülhü olmasaymış, Rusiya müharibəni davam etdirib Cənubi Azərbaycanı da İrandan tamamilə götürəcəkmiş. Belə olsaydı çox yəqin ki, indi Bütöv Azərbaycan həqiqəti reallıq olardı. İkincisi, bu sənəd onu göstərir ki, tarixi həqiqətdə ortada böyük bir Azərbaycan dövləti olub. Onu İran və Rusiya parçalayıblar və dəfələrlə müxtəlif variantlarda bölüşdürüblər. Bu da o deməkdir ki, haqq-ədalət nazilər, ancaq üzülməz. Tarixi həqiqət gec-tez bərpa olunmalıdır və həmin möhtəşəm vahid Azərbaycan yenidən dünya xəritəsində öz yerini tutmalıdır?. İlqar Altay Azərbaycanda prezident seckiləri ilində xarici qüvvələrin ölkədə sabitliyi pozmaq istiqamətində təxribat xarakterli addımlar ata biləcəyi narahatçılıgını da bildirdi: ?Dünyada bir çox ölkələr bir dövlət kimi möhkəmlənib təhlükəsiz səviyyəyə çatıblar. İndi isə onlar tam demoktariya qurmaqla məşguldurlar. Bizim Azərbaycanın isə hələ də təhlükəsizlik, yəni xaricdən gələn təhdid, təzyiq, təxribat problemləri qalmaqdadır. Bizim başımız demokratiya qurmaq, ədalətli seçkilər keçirmək və bu amallar ugrunda mübarizə aparmaq tədbirlərinə o dərəcədə qarışmalıdır ki, qızışıb boşluq yaradıb xarici pozucu təxribatlara imkan verməyək. Ölkənin, dövlətin parçalanıb dağılması təhlükəsini öncələyə bilək?. Avropaya səfərinin məqsədinin namizədliyini verdiyi seçkilərlə baglılıgı barədə sualımızıda İlqar Altay hazırda müəyyən işləri ilə əlaqədar İspaniyada, bundan əvvəl isə, Avstriya və Almaniyada olması cavabı ilə kifayətləndi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA