Naxçıvan DiN-i ibrahim ibrahimli barəsində ittiham dolu açıqlama yaydı

img

11-04-2013 [12:46]


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti İctimai Palatanın üzvü İbrahim İbrahimlinin Naxçıvanda döyülməsi ilə bağlı yayılan məlumatlara cavab olaraq bağlı açıqlama yayıb. Mia.az-a daxil olan açıqlamada bildirilir: ?Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ölkə ictimaiyyətinin diqqətinə çatdırır ki, özünü İctimai Palata adlı qurumun üzvü kimi təqdim edən İbrahimli İbrahim Hilal oğlunun Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində döyülməsi, özlərini Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq fiziki təzyiqlər göstərilməsi və təhqir edilməsi barədə səsləndirdiyi ittihamlar tam əsassız və uydurmadır?. Rəsmi açıqlamada qeyd olunur ki, İ.İbrahimlinin iddialarında yer alan hadisənin öyrənilməsi zamanı məlum olub ki, ?o, 6 aprel 2013-cü il tarixdə Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində olarkən saxta xalq diplomatiyası haqqında söhbətlər aparmış, orada iştirak edən sakinlərə ermənilərlə qeyd-şərtsiz barışıq içində yaşamağın lazım olduğunu təbliğ etməyə çalışmışdır. Bu iddialarının davamı olaraq İ.İbrahimli daha sonra söhbətlərində xalq tərəfindən ciddi qınaq obyekti olan yazıçı Əkrəm Naibovu və onun ?Daş yuxular? adlı romanının ideya xəttini müdafiə etmiş, bu isə son nəticədə həmin yas mərasimində iştirak edən yaşlı ağsaqqalların, gənclərin və yas mərasimini aparanın hiddətinə səbəb olmuşdur. Yas mərasimini idarə edən din xadimi İ.İbrahimliyə dini inanclarımıza əsaslanaraq, vətənə, xalqa qarşı böhtan atmanın, düşmən milləti öz millətindən üstün tutmanın düzgün olmadığını izah etmiş, həzrəti peyğəmbərin ?öz xalqından üz döndərib başqa xalqa tapınanlar axmaqların axmağı, yolunu azmışların böyüyüdür?, ?Vətəni sevmək imandandır? kəlamlarını misal çəksə də İ.İbrahimli bunlara məhəl qoymayaraq öz fikirlərində israr etmişdir. Bundan sonra yaşlı nəslin bir-neçə nümayəndəsi tərəfindən İ.İbrahimlidən yas mərasimini tərk etməsi tələb olunmuşdur. Yaranmış vəziyyətlə əlaqədar yas mərasimini tərk etməyə məcbur olmuş İ.İbrahimli kəndi tərk edərkən sakinlərlə təkrar mübahisəyə girişmişdir. İ.İbrahimlinin onu müşayiət edən qohumları ilə birlikdə gənclərə qarşı təhqirlər səsləndirməsi dava-dalaşla nəticələnmişdir?. Daha sonra o da bildirilib ki, İ.İbrahimlinin qeyd olunan hadisənin dərhal araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək yerinə, nazirlik və digər dövlət orqanlarına qarşı əsassız ittihamlar irəli sürməsi onun muxtar respublikaya əslində hansı çirkin niyyətlərlə gəlməsinin əyani sübutudur. ?Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi İ.İbrahimlinin bu kimi əsassız ittihamlarını ucuz siyasi dividentlər qazanmaq cəhdi kimi qiymətləndirir və İ.İbrahimlinin müraciət edəcəyi təqdirdə hadisə istintaq yolu ilə araşdırıla bilər?-deyə açıqlamada vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA