Siyasi partiyalara və QHT-lərə xəbərdarlıq edildi

img

10-04-2013 [10:44]


Maliyyə Nazirliyi siyasi partiya və Qeyri-Hökumət Təşkilatlarına xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adıçəkilən qanunun 31.6-cı maddəsinə əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Nazirlik xəbərdarlıq edib ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) ilə inzibati tənbeh nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA