Mourinyo və Terim möhtəzəm oyundan danızdı: "Qalatasaray" qürurla ayrıldı"

img

10-04-2013 [10:19]


?Real?ın baş məşqçisi Joze Mpurinyo Çempionlar Liqasının 1/4 finalının cavab oyununda ?Qalatasaray?a məğlubiyyətdən (2:3) sonra açıqlamalar verib. Türkiyənin ?Ntv Spor? kanalına danışan baş məşqçi çox maraqlı bir oyun keçdiyini deyib: ?İlk hissədə üstünlük bizdə olsa da, ikinci hissədə ?Qalatasaray? fantastik dönüş etdi. Çox güclü oyun nümayiş etdirdilər. Psixoloji cəhətdən də bizdən üstün idilər. Qalib gəlmək üçün hər şey etdilər. Biz yalnız hesab 3:1 olandan sonra təkrar öz oyunumuzu nümayiş etdirməyə başladıq?. Portuqaliyalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu bildirib: ?Qalatasaray" bu gün bizi məğlub etdi və oyundan qürurla ayrıldı. Buna görə də, qarşılaşmadan sonra onları bu qələbə münasibəti ilə təbrik etdim?. "Qalatasaray?ın baş məşqçisi Fatih Terim isə ?Real? üzərində qələbədən sonra açıqlama verərək deyib ki, dünyanın ən güclü komandasını məğlub ediblər: ?Növbəti mərhələyə keçməsək də, dünyanın bizə hörmət etməsinə səbəb olduq. Buna görə də futbolçularıma təşəkkür edirəm. Bü gün bütün ?Qalatasaray?lıların qürür duyacağı bir oyun nümayiş etdirdik. Verdiyim sözü yerinə yetirdiyim üçün çox xoşbəxtəm?. Türkiyəli mütəxəssis ikinci hissədə möhtəşəm oynadıqlarını deyib: "Fasiləni ən yaxşı şəkildə istifadə edən baş məşqçilərdən biriyəm. Bir dəyişiklik edərək Ambaratı oyuna saldıq. Sistem və oyun fəlsəfəsində dəyişiklik oldu. Hesab 3:1 olanda növəbi tura keçmək şanslarımız artdı. Droqbanın vurduğu qol ofsayt olmasaydı, yarımfinala çıxa bilərdik. Biz yalnız növbəti mərhələyə keçə bilmədik, ancaq matçı qazandıq?. Qeyd edək ki, "Qalatasaray" bu oyunda 3:2 hesabə ilə qalib gəlməsinə baxmayaraq, ilk oyunda 3:0 hesablı qələbəyə sevinən "Real" növbəti yarımfinala adlayan tərəf olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA